Premyer Liqanın XVI turunda “Bakı”nı qəbul edəcək “Sumqayıt” meydana tam heyətlə çıxa bilməyəcək.
Korner.az-ın məlumatına görə, Adil İbrahimov paytaxt klubuna qarşı oynaya bilməyəcək.
Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurması olub. Dünən “Neftçi” ilə keçirilən oyunun 10-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan İbrahimov cəzalı duruma düşüb.
