Əfsanəvi Formula-1 pilotu Mixayel Şumaxerin sağlıq durumunun yaxşılaşması barədə xəbərlər yayılmışdı.
Korner.az-ın məlumatına görə, bəzi xarici KİV orqanlarında onun artıq gəzə bildiyi iddia olunurdu.
Lakin Şumaxerin meneceri Sabina Kehm bunları təkzib edib. O bildirib ki, bu uydurmadı, mətbuat insanların hissləri ilə oynayır.
Menecerin sözlərinə görə, keçmiş pilotun durumu dəyişməyib. Hətta əvvəlkindən daha pis olduğunu dilə gətirib