Bu gün Marburqda DVAG şirkəti və Mixael Şumaxerin 20 illik əməkdaşlığına həsr olunmuş “Mixael Şumaxer – çempionluq sayına görə rekordsmen” adlı sərgi fəaliyyətə başlayıb.
Korner.az-ın məlumatına görə, sərgi konqress mərkəzinin binasında fəaliyyətə başlayıb və 2 il ərzində qonaqlara xidmət göstərəcək.
Sərginin açılışında Şumaxerin həyat yoldaşı Korinna, qızı Cina-Mariya, oğlu Mik, atası Rolf və meneceri Sabine Kem iştirak ediblər.
