29 Dekabr 2013-cü ildə xizək sürərkən keçirdiyi qəza nəticəsində komaya düşən əfsanəvi alman Formula 1 pilotu Mixael Şumaxerin komadan çıxdığı və həyat yoldaşını tanıdığı bildirilir.
Korner.az-ın məlumatına görə,Almaniyanın RTL televiziyasından Şumaxerin meneceri Sabine Kehm ilə telefon bağlantısı yaradılıb.
Pilotun meneceri Şumaxerin komadan çıxdığını və həyat yoldaşı Korinnanı tanıdığını açıqlayıb.
Həmçinin Sabine Kehm Şumaxerin tam sağalacağını da bildirib.