Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında VI tura yekun vurulub
Tur çərçivəsində “Fənərbaxça” “Nilüfər Bələdiyyəsi”nin qonağı olub.
Görüş “Fənərbaxça”nın 3:0 (25:20, 25:18, 25:14) – lıq qələbəsi ilə yadda qalıb.
“Fənərbaxça”nın hücum heyətində yer alan Rəhimova üçün isə görüş uğurlu alınmayıb. Matça ehtiyatda başlayan həmyerlimiz ara-sıra meydana çıxaraq 8 xal toplayıb.
Görüşün bombardiri Jerkov olub – 17 xal.
Qeyd edək ki, “Fənərbaxça” 6 oyundan sonra bütün görüşlərində qalib gələrək turnir cədvəlinin vahid lideridir.
