Sulşer: “Gözəl günlər geri qayıdacaq”
04.05.2019 , 12:55

“Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunner Sulşer yeni mövsüm ilə bağlı danışıb.
Çalışdırıcısı olduğu klubun yenidən kuboklar üçün mübarizə aparacğını vurğulayan norvçeli mütəxəssis Çempionlar Liqasına gedib-getməməyin önəmli olmadığını da sözlərinə əlavə edib.
“Yeni mövsüm daha da yaxşı olmaq üçün çox çalışacağıq. Çempionlar Liqasında çıxış edib ya etməyəcəyimizi bilmirəm. Ancaq bir həqiqət var ki, “Mançester Yunayted” klubunda oynamaq istəyən xeyli oyunçu var. Gözəl günlər yenidən bizimlə olacaq.”
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 65 xalla 6-cıdır.
