Sulşer: “Elə bilirəm yuxudayam”
29.03.2019 , 11:15

İngiltərənin “Mançester Yunayted” klubu Ole-Qunner Sulşeri rəsmi olaraq baş məşqçi kimi təyin etdikdən sonra norveçli çalışdırıcı üçün rəsmi imzalama mərasimi keçirib.
Jurnalistlərin suallarını cavablayan “qırmızı şeytanlar”ın yeni baş məşqçisi özünü xoşbəxt hiss etdiyini deyib.
“Mançester Yunayted” klubunu çalışdrmaq mənim xəyalım olub. İndi hər şey mənə yuxu kimi gəlir. Məsuliyyətli bir işin altına imza atıram. Ümumi edirəm ki, hər şey öz yolunda gedəcək.”
Qeyd edək ki, Ole-Qunner Sulşer Joze Mourinyonun istefasından sonra kluba müvəqqəti baş məşqçi kimi təyin olunmuşdu.
