Sulşer De Xeanı təriflədi
26.04.2019 , 17:11

“Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunner Sulşer komandanın qapıçısı David De Xea haqqında danışıb.
İspaniyalı qolkiper haqqında xoş sözlər deyən norveçli mütəxəssis daha sonra davam edib:
“Mən bizim qapıçıya inanıram. Hər bir qapıçının səhv etdiyi anlar olur. O, bizim klubun ən yaxşılarından biridir. Onunla daha da yaxşı olacaq.”
Qeyd edək ki, “Mançester Siti” ilə görüşdə vurulan ikinci qol zamanı ispaniyalı qolkiperin də kobud səhvi olub.
