Sulşer: “Bizim üçün ən yaxşı Avropa Liqasıdır”
06.05.2019 , 21:28

“Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunner Sulşer Avropa Liqasında mübarizəni davam etdirməyin ən doğru yol olduğunu deyib.
“Hadersfild” ilə görüşdə büdrəyərək Çempionlar Liqası imkanlarını itirən Sulşer daha sonra bunları əlavə edib.
“Üçüncü və ya dördüncü olmaq üçün əlimizə bir çox fürsət düşmüşdü, ancaq dəyərləndirə bilmədik. Çempionlar Liqası şansını son matçımızda deyil, bütün mövsüm ərzində itirdik. Çox güman ki, Avropa Liqası gələn mövsüm bizim üçün doğru yerdir”.
