Sulşer: “Barselona” dağını aşa bilərik”
29.03.2019 , 14:22

“Mançester Yunayed” klubunun yeni təyin olunan baş məşqçisi Ole-Qunner Sulşer Çempionlar Liqasında “Barselona” klubuna qarşı keçirəcəyi görüşlər baradə danışb.
Kataloniya klubuna qarşı görüşlərin çətin keçəcəyini vuruğulan norveçli mütəxəssis növbəti mərhələyə keçmək üçün şanslarının olduğunu deyib.
“Barselona”ya qarşı keçirilən görüşlər çox çətin olacaq. Bu, bir növ dağa dırmanmağa bənzəyir. Biz daha əvvəl çox dağları keçmişik.”
Qeyd edək ki, “Mançester Yunayted” klubu ötən gün Ole-Qunner Sulşer yeni baş məşqçi kimi təsdiqləyib və onunla 3 illik müqavilə imzalayıb.
