Subotiç “Dənizlispor”da
19.09.2020 , 16:53
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Neven Subotiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 4 nömrəli formada çıxış edəcək.