Bu gün Avropa, Asiya və Cənubi Amerika qitələrində 2014-cü il dünya çempionatının növbəti seçmə oyunları keçiriləcək. www.etopaz.az -ın proqramında bu görüşlərin hər biri “ikili” və “ekspress” oyunlar kateqoriyasında yer alıb və istəyinizdən asılı olaraq həmin qarşılaşmalara mərc edə bilərsiniz. Yalnız Cənubi Amerikada keçiriləcək 2 oyuna tək mərc qəbul olunur. Söhbət Ekvador-Argentina və Venesuela-Uruqvay matçlarından gedir. Gecə saat 2-də başlayacaq Ekvador-Argentina duelində seçmə mərhələnin liderləri üz-üzə gələcək.
2001-ci ildən bu yana öz meydanında Argentinaya uduzmayan ekvadorlular bu qarşılaşmada da rəqibə ciddi problem yaratmaq iddiasındadır. www.etopaz.az bu komandaların şanslarını bərabər dəyərləndirir: Ekvadorun qələbəsi 2.4, heç-heçə 3.1, Argentinanın qələbəsi 2.4. 12 oyundan 25 xal toplayan argentinalılar Cənubi Amerika zonasında seçmə qrupa başçılıq edir. Bir oyun az keçirən Ekvador yığması isə 20 xalla 3-cü sırada qərarlaşıb.
Venesuela-Uruqvay qarşılaşması isə Bakı vaxtıyla səhərə yaxın – saat 05:00-da başlayacaq. Hazırda 7-ci pillədə qərarlaşan Uruqvay millisi mundiala birbaşa vəsiqə verən ilk “dördlük”dən uzaq düşməmək üçün səfərdə xal qazanmağa məhkumdur. Baxmayaraq ki, Venesuela Uruqvaydan 2 pillə öndə – 5-ci yerdə mövqe tutur. Onsuz da statistika Uruqvay yığmasının Venesuelaya əksər səfərlərdən xalla döndüyünü göstərir. www.etopaz.az da əmsalları müəyyənləşdirərkən bu amili nəzərə alıb: Venesuelanın qələbəsi 2.45, heç-heçə 3.15, Uruqvayın qələbəsi 2.35.
Beləliklə, bu gecə səhərədək futbol həyəcanı yaşaya bilərsiniz. Qısa yay gecəsini www.etopaz.az -la bir qədər də qısaldın, həm qazanın, həm də futboldan zövq alın!!!