Türkiyə PTT I Liqasında 10-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep B.B" doğma meydanda Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"u qəbul edib.
Matç "Manisapor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qaziantep B.B"-də Vaqif Cavadov və Ufuk Budak start heyətində meydanda çıxıb, Cavadov 74-cü dəqiqədə əvəzlənib. Rəhman Hacıyev isə "18-liy"ə salınmayıb. "Manisapor"un heyətində isə Branimir Subaşiç start heyətində meydanda çıxıb və 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 10 turdan sonra "Qaziantep B.B" 8 xalla 17-ci, "Manisaspor" isə 10 xalla 13-cü pillədə qərarlaşıb.
