Milli komandamızın hücumçusu Branimir Subaşiçin yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran”dan ayrılan hücumçu "Neftçi"ylə danışıqlar aparsa da, tərəflərin maliyyə məsələsində razılığa gələ bilmədikləri bildirilir.
Serb əsilli forvard mövsümü “Qarabağ”da davam etdirəcək. Ağdam klubuyla müqavilənin müddəti barədə açıqlama verilməyib.
