Ötən gün Futbol üzrə Türkiyə PTT Birinci
Liqasında 5-ci tura start verilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan
millisinin futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” növbəti
oyununu keçirib.
Hücumçumuzun klubu doğma arenada “Manisaspor”u qəbul edib. Bu matçda ev sahibi
komanda rəqibini 2 cavabsız qolla məğlub edib.
Serb əsilli milliləşən futbolçumuzun bu oyunda da start heyətdə meydana çıxıb.
O, qarşılaşmanın 25-ci dəqiqəsində sarı vərəqə alıb və fasilədə Alekslə əvəzlənib.
Qeyd edək ki, bu matçdan sonra “Orduspor” 10 xalla turnir cədvəlinin ikinci
pilləsində qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
5-ci tur
18 sentyabr
“Orduspor” – “Manisaspor” – 2:0
Qollar: Anıl, 47 (pen.) Aleks, 59.