Futbol üzrə Türkiyə PTT birinci Liqasında çıxış edən “Orduspor”un şərəfini qoruyan Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin dünən ad günü olub.
Korner.az-ın məlumatına görə, komandanın futbolçuları və məşqçi heyəti “Samsunspor”la oyuna hazırlıq çərçivəsindəki son məşqin ardından, 32 yaşlı oyunçunun doğum gününü qeyd ediblər.
