Azərbaycan milli komandasının serb əsilli forvardı Branimir Subaşiçin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib.
Korner.az-ın məlumatına görə, Ordu təmsilçisi Subaşiçi rəsmi olaraq ictimaiyyətə təqdim edib.
Superliqadan PTT birinci liqaya düşən komanda 31 yaş.lı futbolçumuzla 2, 2007/08 mövsümündə onda çıxış etmiş Əmrə Aygünlə 1 illik müqavilə imzalayıb. Branimir “Orduspor” iyulun 2-də təlim-məşq toplanışına başladığı zamanı onun sıralarında olacaq.
Qeyd edək ki, Subaşiç 2005-ci ildən oynadığı ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”da forma geyib.