Türkiyə kubokunda III turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin forma geyindiyi “Manisaspor” doğma meydanda “Zonquldaq Kömürspor”u qəbul edib.
“Manisaspor” aşağı liqa təmsilçisini 2:1 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb. Subaşiç oyuna start heyətində başlayıb və 9-cu dəqiqə hesabı açıb. 88-ci dəqiqədə isə hesab 2:1 olarkən əvəzlənib.