Bu gün futbol üzrə Türkiyə kubokunun 1/16 final mərhələsinin daha bir qarşılaşması baş tutub.
Korner.az-ın məlumatına görə, “Tuzlaspor” “Manisaspor”la qarşılaşıb.
Matç millimizin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu Manisa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Subaşiç komandasının qələbəsində vurduğu qolla pay sahibi olub.
