Türkiyə PTT I Liqasında 8-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” səfərdə “Şanlıurfaspor”la qarşılaşıb.
“Manisaspor”un 0:1 hesab ilə məğlub olduğu oyuna start heyətində başlayan Subaşiç 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Manisa təmsilçisi 8 turdan sonra 4 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.
