Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" səfərdə "Antalyaspor"la qarşılaşıb.
Oyun Antalya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətində çıxan Subaşiç 78-ci dəqiqədə, hesab 0:0 olarkən əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" 22 turdan sonra 30 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
