Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, milli komandamızın sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” “Dənizlispor”u qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Subaşiç 41-ci dəqiqədə hesabı açıb. Görüşün 75-ci dəqiqəsində isə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
“Dənizlispor”da forma geyən digər futbolçumuz Saşa Yunisoğlunun adı oyunun iştirak ərizəsinə salınmayıb.
