Subaşiç millidən getdi
15.08.2018 , 19:34

Xorvatiya millisinin üzvü Daniyel Subaşiç yığma karyerasını başa vurub.
Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, “Monako”nun qapıçısı millidə 44 oyun keçirib. 33 yaşlı qapıçı son dünya çempionatında finala qədər irəliləyən Xorvatiya millisində inamlı çıxış ilə yadda qalıb.
