big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

Subaşiç Azərbaycanda ilkə imza atdı

21.07.2012 , 12:18

“Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç tarixi nailiyyətə imza atıb. Korner.az-ın məlumatına görə, 30 yaşlı hücumçu Azərbaycan klublarının heyətində ardıcıl 4, ölkəmizin 1 komandasının heyətində isə ardıcıl 3 avrokubok matçında qol vuran ilk futbolçu kimi tarixə düşüb.

“Xəzər Lənkəran”ın bu il avrokubokda keçirdiyi hər 3 oyunda qol vuran Azərbaycan yığmasının futbolçusu iyulun 5-də “Nomme Kalyu” ilə Lənkəranda, 5 gün sonra Estoniyadakı görüşündə, ayın 19-da isə Polşa “Lex”i ilə matçda fərqlənib. Bunadək heç bir futbolçu Azərbaycanın 1 klubunun ardıcıl 3 avrokubok görüşündə fərqlənməmişdi.

Branimir bundan əvvəl sonuncu dəfə Azərbaycan klubları ilə Avropaya çıxanda da qol vurmuşdu. Bu, 2007-ci il avqustun 2-də olub. Həmin gün “Neftçi” klubunun şərəfini qoruyan Subaşiç Avstriya “Rid”i ilə Bakıdakı cavab matçında fərqlənib. Həmin oyun hücumçunun “Xəzər Lənkəran”a qədərki karyerasında Azərbaycan təmsilçiləri ilə avrokubokda son oyunu idi. Bununla da hücumçu klublarımızın tərkibində heç kimin bacarmadığına imza ataraq keçirdiyi ardıcıl 4-cü matçda qol sevinci yaşayıb.

Düzdür, “Rid”lə oyundan sonra Branimir avrokuboklarda qollu və qolsuz oyunlar keçirib. Lakin bu, Azərbaycan klubları ilə deyil, Serbiya təmsilçisi “Srvena Zvezda”sı ilə avrokuboklarda baş verib. 2008/09 mövsümündə Kipr APOEL-i ilə ilk oyunda qol vura bilməyən hücumçu 3:3 hesabı ilə başa çatan cavab görüşündə fərqlənmişdi. Lakin bu onun karyerasında “Xəzər Lənkəran”a qədərki son avrokubok matçı deyil. 2008-ci il avqustun 28-dəki matçda Branimir qol vurduqdan 2 il sonra avrokuboka qayıdan hücumçu Belqrad təmsilçisinin Slovakiya “Slovan”ı ilə matçında meydanı qolsuz tərk edib.

Qeyd edək ki, Branimir avrokuboklarda ümumilikdə 10 oyuna 5 qol vurub. “Neftçi”də 4, “Srvena Zvezda”da 3 oyun keçirən hücumçu hər komandada 1 dəfə fərqlənibsə, “Xəzər Lənkəran”da isə 3 oyuna 3 qol vurub.

Son yazılar

To Top