“Liverpul”un uruqvaylı futbolçusu Luiz Suarez yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, hücumçu İngiltərə Premyer Liqasında 1 ay ərzində 10 qol vuran yeganə futbolçu kimi tarixə düşüb. Uruqvaylı futbolçu dünən İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində “Kardiff”lə keçirilən matç zamanı dubl edərək bu rekorda imza atıb.
Qeyd edək ki, Suarez bu mövsüm 17 oyunda 19 qolla bombardirlik siyahısına başçılıq edir.
