Dünən İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Liverpul”la qarşılaşan “Fulhem”in qolkiperi Stekelenburq zədələnib.
Korner.az-ın məlumatına görə, bir epizodda Luiz Suarezlə toqquşan hollandiyalı qolkiper yerə sərilib. Ayağa qalxdıqda isə 31 yaşlı əlcək sahibinin sağ gözünün altının qaralıdığı görsənib. Zədə səbəbindən Martin Stekelenburq matçın 76-cı dəqiqəsində digər qolkiper David Stokdeillə əvəzlənib.
Qeyd edək ki, Stefan Cerrardın vurduğu son dəqiqə qolu ilə “Liverpul” “Fulhem”i 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
