Uruqvay yığmasının ulduz hücumçusu Luis Suarez “DÇ-2014″də məğlub etdikləri İngiltərə ilə oyun haqda fikirlərini söyləyib.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu vurduğu qolları ailəsinə həsr etdiyini bildirib:
“Bu oyunda meydana çıxmağı və qələbə qazanmağı hər zaman arzulayırdım. Şadam ki, Kosta Rika uğursuzluğundan sonra qələbə qazanmağı bacardıq. Vurduğum qolları ailəmə həsr edirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Hamı mənə inanırdı ki, bu da tezliklə meydana qayıtmağıma kömək oldu”.
