Suarez “Barselona”dan ayrılır?
26.03.2019 , 14:57

İspaniyanın “Barselona” klubu hücum xəttini gücləndirmək niyyətindədir.
İspaniyanın “Mundo Deportivo” nəşri xəbər verir ki, katalonlar “Mançester Yunayted” klubunun futbolçusu Markus Raşfordu heyətinə cəlb etmək istəyir. Əgər Raşford ilə bağlı razılıq əldə olunsa, Luiz Suarez komandanı tərk etməli olacaq.
Qeyd edək ki, “Barselona” bundan əvvəl “Ayntraxt” Frankfurt klubunun gənc futbolçusu Luka Joviç ilə maraqlanırdı.
