Dörd ay futbol oynaması qadağan
edilən Luis Suaresə FİFA-ya üzv olmayan Kosovanın “Hayvaliya”
klubundan ilginc təklif göndərilib.
Korner.az-ın xarici KİV-lərə
istinadən yaydığı xəbərə görə, Kosova kubokunun qalibi olan
“Hayvaliya”nın baş məşqçisi Xhovit Pocol uruqvaylı
hücumçunu öz komandasında oynamağa dəvət edib.
O bildirib ki, tez bir zamanda Suaresin müqavilə ilə məxsus olduğu “Liverpul”a
təklif göndərəcəklər:
“Kosova hələ də FİFA-ya üzv
deyil. Suares dörd ay futboldan uzaq qalmaq istəmirsə, bizim klubda oynaya
bilər. Bununla bağlı “Liverpul”a təklif göndərməyə
hazırlaşırıq. Suaresə 30 min avro və aylıq 1500 avro təklif edəcəyik.
Təklifimizi qəbul edirsə, bu, Kosova futbolu üçün əla olar”.
Qeyd edək ki, Suares DÇ-2014-də
İtaliya ilə matçda rəqibin futbolçusu Corcio Kyellinin çiynini dişlədiyi üçün
FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb və millinin
heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.
Əlavə edək ki, FİFA Kosovanın müstəqilliyini tanımadığı üçün üzvlüyə qəbul
etməyib.
