Suaresin yeni klubu məlum oldu
01.01.2023 , 13:17

“Liverpul” və “Barselona”nın sabiq futbolçusu Luis Suares karyerasını Braziliyada davam etdirəcək.
Korner.az xəbər verir ki, uruqvaylı forvard “Qremio”ya keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
Daha əvvəl “Liverpul”, “Barselona”, “Atletiko” kimi klublarda çıxış edən Suaresin son klubu Uruqvayda “Nasional” olub.
