“Barselona”nın yeni transferi Luis Suaresin yeni klubunda debütünü oktyabr aylnda edəcək.
Korner.az-ın məlumatına görə, 4 aylıq cəza alaraq futboldan uzaqlaşan Suaresin yaşıl meydanlara dönüşü “El-Klassiko”ya təsadüf edə bilər. İspaniya La Liqasının əsas qarşılaşması sayılan “El-Klassiko”nun oktyabr ayının 26-sına təsadüf edəcəyi ehtimal olunur. Belə olacağı halda, 25 oktyabr tarixində cəzası bitəcək “vampir” ləqəbli futbolçu katalon klubunda ilk oyununu “Real”a qarşı keçirəcək.
Xatırladaq ki, Suares DÇ-2014 qrup məlhələsinin son oyunu çərçivəsində keçirilən Uruqvay – İtaliya oyununda rəqib futbolçunu dişlədiyinə görə futboldan uzaqlaşdırılmışdı.