Uruqvay prezidenti Xose Muxika Luis Suares haqda maraqlı fikirlər səsləndirib.
Korner.az-ın məlumatına görə, ölkə prezidenti nə “Barselona”nın, nə də ölkə millisinin Suaresin problemini həll etməyəcəyini bildirib. Muxika əmindir ki, Suares İtaliya millisinin müdafiəçisni dişləyəndən sonra dərhal psixiatra müraciət etməli idi.
Uruqvay prezidenti futbolçunun başında problemlər olduğunu vurğulayıb: “Məsələ ondadır ki, o, çox kasıb ailədə doğulub. Suares qəzəbli halda lazım olmayan addımlar ata bilər”.
