“Barselona”ya transferi rəsmiləşən Uruqvay millisinin hücumçusu Luis Suares transferi haqda ilk açıqlamasını verib.
Korner.az-ın məlumatına görə, 26 yaşlı hücumçu “Liverpul”dan ayrılmağın onun üçün çətin olduğunu bildirib:
“Çox çətin bir qərar aldım. Liverpuldaki tərəfdarlar və klub hər zaman ürəyimdə olacaq. Onları əsla unutmayacam. İspaniyada yeni bir macəraya başlayıram. Həyat yoldaşımın ailəsinin yaşadığı İspaniyada oynamağı çoxdan arzulayırdım. Ümid edirəm ki, tərəfdarlar da mənə haqq verər. “Liverpul”a və baş məşqçi Brendan Rocersə uğurlar arzulayıram”.
