Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə cavab qarşılaşmasında “Barselona”nın heyətində ciddi itki baş verib.
Korner.az-ın məlumatına görə, birinci hissənin gedişində Kataloniya təmsilçisinin hücumçusu Luis Suares zədə alıb.
Uruqvaylı futbolçunun zədəsinin ağırlaşmaması üçün baş məşqçi Luis Enrike fasilədə hücumçunu əvəzləyib. İspaniya La Liqasının 37-ci turunda Madrid “Atletiko”su ilə oyunun vacib olduğunu nəzərə alan ispaniyalı mütəxəssis Suresi qorumalı olub.
