“Barselona”nın futbolçusu Luis Suares Kataloniya klubunda 100-cü qolunu vurub.
Korner.az-ın məlumatına görə, bu, İspaniya kubokunun 1/8 finalında “Atletik”lə (Bilbao) cavab qarşılaşmasında baş verib. Uruqvaylı hücumçu görüşün 36-cı dəqiqəsində fərqlənib.
Suares 2014-cü ildən “Barsa”da çıxış edir.
