Suares Uruqvay millisində
15.11.2023 , 22:57

Luis Suares 1 illik fasilədən sonra yenidən Uruqvay millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya cəlb edilib.
Suares sonuncu dəfə 2022-ci il dünya çempionatında milli komandanın heyətində çıxış edib.
