Suares üçün əlamətdar oyun
20.10.2019 , 13:45

“Barselona” İspaniya La Liqasının IX turunda “Eybar”ı məğub edib.
Korner.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Luis Suares üçün əlamətdar olub.
“Eybar”la qarşılaşmada komandasının sonuncu – 3-cü qolunu vuran uruqvaylı hücumçu “Barselona”nın heyətində vurduğu qollarının sayını 184-ə çatdırıb. O, buna 256 oyunda nail olub. Suares, bununla da Kataloniya təmsilçisinin tarixində bombardirlər siyahısında 4-cü yerə yüksəlib.
