Bu qələbə ilə üstünlük əldə etdik. Çox çətin matçda vacib qələbə qazandıq. Ağıllı oynadıq. Qarşılaşmanın ilk dəqiqəsindən oyuna kökləndik. Biz hər görüşdə əlimiz belimizdə oynayan futbolçulardan deyilik. Bütün qarşılaşmalarda çoxlu qaçırıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Luis Suaeres Çempionlar Liqasının 1/4 finalında PSJ-ə 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.
O, fikrinə belə davam edib:
“Rəqibimiz çox güclüdür. Onların əsas futbolçuları ikinci matçda meydanda olacaq. Düzdür, üstünlük bizdədir, ancaq indidən növbəti mərhələyə adladığımızı söyləmək düzgün deyil. Qarşıda oynamaq üçün daha 90 dəqiqə var”.
