DÇ-2014-də İtaliya ilə oyunda rəqibin futbolçusu Corcio Kyellinin çiynini dişləyən Uruqvay millisinin hücumçu Luis Suares oyundan sonra bu hadisə haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, o deyib ki, top uğrunda mübarizə zamanı təsadüfən dişi Kellininin çiyninə dəyib:
“Onu dişləməmişəm. Cərimə meydançasında belə hadisələr olur. Top uğrunda mübarizə aparan zaman rəqiblə toqquşdum və dişim onun çiyninə dəydi. Bundan başqa bir şey olmadı”.
