“Barselona”nın hücumçusu Luis Suares gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, yenidən Premyer Liqaya qayıda biləcəyini deyən uruqvaylı futbolçu İngiltərədə yalnız “Liverpul”da oynayacağını bildirib:
“Gələcəkdə nələr baş verəcəyini bilmək olmur. Lakin əgər İngiltərəyə qayıtsam, yalnız “Liverpul”da oynayaram. Özümü başqa klubda təsəvvür etmirəm. “Enfild Roud”dakı inanılmaz atmosferi xatırlayıram. Oradakı azarkeşlər üçün darıxıram. “Liverpul”da oynayan hər kəs azarkeş dəstəyinin nə qədər önəmli olduğunu anlayır. “Liverpul” azarkeşləri hər zaman ürəyimdə qalacaq”.
