İspaniya La Liqasında mübarizə aparan “Barselona”ın futbolçu Luis Suares PSJ-yə məğlub olmaları haqda danışıb.
Korner.az-ın məlumatına görə, uruqvaylı hücumçu:
“Tarix yazmaq istəyiriksə, geri dönməliyik. Hamımız günahkarıq. Komanda olaraq, qalib gələcəyimizə inanmalıyıq. İnsanlar dövrümüzün sona çatdığını deyirlər. Bu, təzə bir şey deyil. Tənqidlər həmişə var. Bunlar bizi maraqlandırmır. Biz dünyanın ən yaxşı komandasıyıq”.
Luis Enrike ilə bağlı yayılan xəbərlər barəsində danışan hücumçu: “Luis Enrikeyə inanırıq. Onun sayəsində çox yaxşı günlər keçirdik, indi isə hamımız üzgünük. Mətbuatda komandanın daxilində problemlərin olduğu barədə xəbərlər yayılır. Biz bunlara fikir vermirik”.
Xatırladaq ki, Suares bu mövsüm “Barselona”nın heyətində 33 oyuna 25 qol vurub və 12 məhsuldar ötürmə edib.
