Suares Forlanı geridə qoydu
25.06.2018 , 19:52

Uruqvay millisinin futbolçusu Luis Suares yığma ilə mundiallarda vurduğu qolların sayını 7-yə yüksəldib.
O, son olaraq DÇ-2018-in qrup mərhələsinin üçüncü turunda hazırda davam edən Rusiya ilə matçda fərqlənib. Bununla da Suares Uruqvay millisinin dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında Dieqo Forlanı geridə qoyaraq 2-ci pilləyə yüksəlib.
Suares bu göstəricidə Oskar Miqesdən (8 qol) geri qalır.
