Luis Suares bu gün “Barselona”da ilk məşqinə çıxacaq.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı hücumçunun avqustun 18-i isə ictimaiyyətə təqdim olunacağı qey edilib.
Qeyd edək ki, Beynəlxalq İdman Arbitraj Məhkəməsi oyunçunun məşqlərdə iştiraketmə cəzasını ləğv edib. Ancaq Suaresin dörd ay müddətinə futboldan kənarlaşdırılması və millinin heyətində doqquz oyun meydana çıxmaması ilə bağlı verilən cəzalar isə qüvvədə qalıb.
