Suares “Atletiko”da
24.09.2020 , 17:33

“Barselona” futbolçusu Luis Suaresin “Atletiko”ya keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Madrid təmsilçisi 33 yaşlı hücumçu üçün Kataloniya klubuna 6 milyon avro ödəyəcək.
Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da oynayırdı.
