Stuxlik “Qarabağ”ın düşərgəsində – FOTO
09.01.2020 , 17:23

Bu gün AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik “Qarabağ”ın bazasında olub.
Korner.az xəbər verir ki, komitənin sədrinin iştirakı ilə “Qarabağ”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Seminarda hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında müzakirələr aparılıb və komandaya məlumatlandırıcı videolar təqdim olunub.
