Ştuxlik Macarıstan – Polşa oyununda
04.10.2021 , 19:44
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq təyinat alıb.
Korner.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Polşa oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 8-də oynanılacaq.