Ştuxlik beynəlxalq oyuna təyinat aldı
02.10.2020 , 12:59

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik beynəlxalq oyuna təyinat alıb.
Korner.az xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Millətlər Liqasının C liqasının matçında iş başında olacaq.
Belə ki, Ştuxlik 3-cü qrup mərhələsi çərçivəsində keçiriləcək Kosovo – Sloveniya oyununun hakim-inspektoru kimi iştirak edəcək. Bu matç oktyabrın 11-də Priştina şəhərində baş tutacaq.
