Ştuxlikə növbəti təyinat
26.09.2019 , 16:20
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, komitə sədri 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, Belarusun Jodino şəhərindəki “Torpedo” stadionunda keçiriləcək Belarus – Norveç oyununun hakim-inspektoru olacaq.