Ştuxlikə beynəlxalq təyinat
23.09.2019 , 20:01

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik yeni təyinat alıb.
Korner.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.
Bu qrupda Türkiyə, Bolqarıstan, Monteneqro və Ermənistan komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 12-dən 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.
