Dünən Armin Fe ilə rəsmən yollarını ayıran “Stuttgart” rəhbərliyi yeni baş məşqçisi ilə anlaşıb. Bundesliqa təmsilçisini bundan sonra Hub Stevens çalışdıracaq.
Korner.az xəbər verir ki, ötən mövsüm “Ştuttqart”da işləyən 60 yaşlı mütəxəssis şəxsi problemləri səbəbindən komandadan ayrılsa da, rəhbərlik yenidən hollandiyalı mütəxəssisi komandanın baş məşqçi vəzifəsinə gətirib.
Qeyd edək ki, 60 yaşlı Stivens Almaniyada “Schalke”, “Hertha Berlin” və “Hamburg” klublarında da çalışıb. Onun fəaliyyətini uğurlu saymaq olar.
